Şiraz

Turş

Əzintisindən qırmızı turş şərab alınan Şiraz üzümü Fransanın cənub bölgəsinə aiddir. Bu üzüm dünyada bütün şərabçılar tərəfindən rəğbətlə qarşılanır. Qabığının qalın olması quşları və ziyanverici həşəratları özündən kənarlaşdırır. Bu isə üzümün zənginliyini qoruyub saxlayır. Dərimi avqustun axırı sentyabrın əvvələrində heyata keçirilir. Tərkibində olan spirtin miqdarı 12-15 %.h-dir. Tünd məxməri rəngdə olan şərabda kişmiş təamı var və meyvə aromatı ilə yanaşı müxtəlif ədviyyatların qoxusunu da duymaq mümkündür. Yarımfabrikat ət məhsulları ilə içmək məsləhət görülür.