Saperavi

Turş

Gürcüstan üzümü kimi tanınan Saperavi-dən qırmızı turş süfrə şərabı alınır. Azərbaycanda daha çox Gəncə-Qazax zonasında becərilir. Sentyabr ayında yığılan üzümün tərkibində 12-14 %.h spirt olur. Tünd nar rənginə çalan şərabın özünəməxsus ətri var. Yüngül içilən şərab daha çox donuz və mal ətindən hazırlanan yeməklərlə servis edilir.