Rkatsiteli

Gürcü növü olan Rkatsiteli üzümündən ağ turş süfrə şərabı alınır və eyni zamanda konyak spirti istehsalında istifadə olunur. Azərbaycanın qərb bölgəsində, xüsusilə Gəncə-Qazax zonasında yetişdirilir. Dəriminə sentyabr ayında başlanılır və tərkibində 12-14 %.h spirt olur.