Chardonnay

Turş

Fransanın Bourgogne bölgəsinə aid olan bu üzümdən ağ turş süfrə şərabı hazırlanır və konyak spirti istehsalında istifadə olunur. Yetişdirildiyi iqlim şəraitinə uyğunlaşa bilməsi və əkildiyi torpağın xüsusiyətlərini biruzə verdiyinə görə şərabçılar tərəfindən üstünlük verilən üzüm növüdür. Dəriminə avqust ayında başlanılan Chardonnay üzümündən alınan şərabın tərkibində 12-14 %.h spirt olur. Bu üzümün şirəsindən alınan şərab öz dolğunluğunu qoruyub saxlayır. Giləmeyvə və sitrus meyvələrinin təamını hissetmək mümkündür. Çiçək ətri verən şərabın rəngi qızılı rəngdir. Balıq və ağ ət məhsullarından hazırlanmış yeməklərlə əla ahəng yaradır.