Cabernet Sauvignon

Turş

Qırmızı əzintisindən turş şərab alınan Cabernet Sauvignon üzümü Fransız növüdür və şərabçılar arasında ən prestijli üzüm kimi qiymətləndirilir. Meyvəsi xırda, qabığı qalın olmasına baxmayaraq tərkibində olan tanin miqdarı yüksək olduğu üçün ilk emaldan sonra rəngi olduqca tünd olur. Şərabın tərkibində 13-15 %.h spirt olur. Yığımına sentyabrın ikinci yarısı başlanılır. Tünd qara qarağat rənginə çalan şərab olduqca dolğundur. Giləmeyvə aromasına sahib olan şərabda yabanı meşə meyvələrinin təamını dadmaq mümkündür. Bütün növ ət yeməkləri ilə içmək olar.