Üzümlüklərin salınmasında, becərilməsində və yetişdirilməsində Fransa və İtaliyanın tanınmış şirkətləri iştirak etmişdir. Əsası avropada geniş yayılmış və tanınmış şərab istehsalçıları tərəfindən istifadə olunan üzüm növləri ilə yanaşı yerli üzüm növlərindən də istifadə olunur. Şirkətə məxsus 110 hektar torpaq sahəsinin 47,5 hektarında Fransadan gətirilmiş Chardonnay 10,5 ha, Shiraz 10 ha, Merlot 13 ha, Cabernet Sauvignon 10 ha, Petit Verdot 4 ha, Gürcüstandan gətirilmiş Rkatsiteli 25 ha, Saperavi 10,5 ha təşkil etmişdir. Geriyə qalan 27 ha ərazidə isə yerli Bayan Şirə növü əkilmişdir. Bu sortların əsas üstünlükləri xəstəliyə davamlı olması və kimyəvi maddələrdən daha az istifadə olunmasıdır.

 

Hər biri calaq olunan xarici və yerli üzüm sortlarının calaqaltı hissələri yabanı üzüm sortlarından götürülür. Hər bir üzüm sortu üçün onlara uyğun calaqaltılar seçilmişdir. Calaqaltının yabanı olması üzümün ən kəskin zərəvericisi olan fillokseraya davamlılığını artırır. Həmçinin bu calaqaltlarının kökləri torpağın daha dərin qatlarına getməklə quraqlığa davamlı olur.

 

Budama zamanı əsas olaraq yelpik və guyo formasından istifadə edilir. Quru budama zamanı əsas məqsəd saxlanılan bar barmaqlıqlarının məftil ilə bağlanılaraq yetişdirilməsidir. Yaşıl əməliyyatlar üzümün sortundan asılı olaraq bir neçə dəfə aparıla bilər. Məqsəd lazımsız zoğların qoparılıb atılması və gələcək bar barmaqlıqlarının seçilib bağlanmasıdır.

Suvarma Sistemi

Üzüm bağlarının 60 hektar hissəsində İsrailin NETAFİM şirkəti tərəfindən damcılı suvarma sistemi quraşdırılmışdır. Bu suvarma sisteminin tətbiq edilməsi suyun bərabər paylanması ilə yanaşı xəstəlik və ziyan vericilərin yayılmasının qarşısını alır və həmçinin alaq otlarının məhv edilməsinə şərait yaradır. Son nəticədə məhsulun yüksək keyfiyyətli olmasına müsbət təsir edir.