Mükafatlar

Şərq Ulduzu MMC-nin modern texnologiyasına və texnoloji proseslərinə görə müəssisəyə ISO22000 beynəlxalq sertifikatı verilmişdir. Şirkətdə çalışan ixtisaslaşmış mütəxəssislərin fəaliyyəti nəticəsində istehsal olunan məhsulun keyfiyyəti beynəlxalq standartlara cavab verir və buna xarici ölkələrdə təşkil olunan festivallarda əldə etdiyi ən yüksək nəticələr parlaq nümunədir. Bayan Şirə şirkətin yetişdirilmə və şərab hazırlama texnologiyası nəticəsində ən qiymətli şərablardan biri hesab olunur. Bunun nəticəsidir ki, 2008-ci ildə Moskvada keçirilən beynəlxalq şərab sərgisində Bayan Şirə şərabı qızıl medala layiq görülmüşdür. Bundan başqa Chardonnay şərabı Grand Prix və qızıl medal, Rkatsiteli şərabı qızıl medal, Merlot və Saperavi şərabları gümüş medal, Cabernet Sauvignon və Şiraz şərabları bürünc medala layiq görülmüşdür. 2010-cu ildə Moskvada keçirilən beynəlxalq şərab sərgisində şirkətə yüksək keyfiyyətə görə medal təqdim olunmuşdur. 2014-cü ildə isə Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq “JETRO Foodex” sərgisində müəssisənin istehsal etdiyi Saperavi şərabı bağlı dequstasiya nəticəsində seçilmiş ən yaxşı 10 şərabdan biri olmuşdur.